Raul Qonzales koronavirusa yoluxub

00:55 20-01-2021 17

“Real”ın ikinci komandası “Kastilya”nın baş məşqçisi Raul Qonzales koronavirusa yoluxub.

AS agentliyi xəbər verir ki, o, qarşıdakı “Getafe B” klubuna qarşı matçda komandaya rəhbərlik etməyəcək.

Qeyd edək ki, 43 yaşlı mütəxəssis 2019-cu ildən “Kastilya”nın sükanı arxasındadır.