Maldini: “Milan” Mandzukiçə ümid bəsləyir”

23:35 19-01-2021 15

“Milan”ın direktoru Paolo Maldini klubun hücumçusu Mario Mandzukiçə ümid bəslədiyini bildirib.

Bu barədə “Football Italia” məlumat yayıb.

“Biz Mandzukiçin xarakterini yaxşı bilirik, onunla danışmışıq. Biz futbolçularımızla məsləhətləşmirik, hər şeyi klub həll edir. Məşqçi ilə birbaşa əlaqəmiz var. Biz digərlərindən fərqlənənləri kluba cəlb edirik”, - deyə P.Maldini bildirib.