“Atletiko” Simeone ilə müqaviləni 2024-cü ilədək uzatmaq istəyir

22:15 19-01-2021 20

İspaniyanın “Atletiko” klubu baş məşqçi Dieqo Simeone ilə müqaviləni uzatmaq niyyətindədir.  

Yerli mətbuatın yaydığı xəbərlərə görə, klub rəhbərliyi artıq bu barədə baş məşqçiyə məlumat verib. Argentinalı futbol mütəxəssisi isə, öz növbəsində yeni müqavilə imzalamağa hazır olduğunu bildirib.

Qeyd edək ki, D.Simeonenin Madrid klubu ilə cari müqaviləsi 2022-ci ilin iyun ayında başa çatır. Qeyri-rəsmi məlumatlara görə, o, ən azı 2024-cü ilə qədər klubun sükanı arxasında qalacaq.

Hazırda D.Simeone ildə 32 milyon avro məvacib alır. O, dünyanın ən bahalı futbol məşqçisidir. Gəzən şayiələrə görə, öz vəzifəsində qalmaq istəyən argentinalı futbol mütəxəssisi pandemiya ilə bağlı məvacibinin azaldılmasına da razılıq verib.