“Arvin” quru yük gəmisinin suya qərq olma anı - VİDEO

03:05 18-01-2021 22

Qara dənizin Türkiyə səmtində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan “Arvin” quru yük gəmisin son anlarının görüntüsü yayılıb.

“Haber Global” məlumat verir ki, 12 nəfərdən ibarət heyəti olan yük gəmisinin suda batma anını digər gəmidə olan şəxslər telefon vasitəsi ilə çəkib.

Görüntülərdə gəminin ikiyə bölünərək suya qərq olmağı əks olunub.