“Real”dan “Ayntraxt”a qayıdan Yoviç dönüşünü dublla qeyd etdi

23:20 17-01-2021 24

Almaniya Bundesliqasında XVI tura yekun vurulub.

Sonuncu oyun gündə iki qarşılaşma baş tutub.

Turnir cədvəlinin lideri “Bavariya” “Frayburq”u məğlub edib.

“Şalke” isə Frankfurtda “Ayntraxt”a uduzub. “Ayntraxt”ın “Real”dan yenicə icarəyə götürdüyü sabiq futbolçusu Luka Yoviç isə dönüşünü dublla qeyd edib.

Qeyd edək ki, Bundesliqada XVII turun oyunları 19-20 yanvarda keçiriləcək.

Almaniya Bundesliqası
XVI tur
17 yanvar

“Bavariya” – “Frayburq” – 2:1
Qollar:
Levandovski, 7, Müller, 75 – Petersen, 62

“Ayntraxt” – “Şalke” – 3:1
Qollar:
Silva, 28, Yoviç, 72, 90+2 – Hoppe, 29