"Bizdən -bizə" Şikayətə baxıldı

Yasmal rayonu ərazisində yaşayan iki əsgər anası olan Aynurə Sədirxanovaya 29 -cu Polis bölməsinin əməkdaşı sahə müvəkkili Mehman Ağamoğlanov tərəfindən tərtib edilmiş protokol əsassiz olduğu üçün ləğv olunmuşdur.
Qeyd edək ki,16 dekabr Aynurə xanım sms-icazə vaxtının bitməsinə 2 saat qalmış ona Polis əməkdaşı tərəfindən protokol tərtib edilmişdir.Xanım vaxtının bitməməsini 2 saat qaldığını söyləsədə Mehman Ağamoğlanov buna məhəl qoymayaraq ona sms -icazəni şəxsiyyət vəsiqəsinin arxa tərəfi ilə qeydiyyatdan keçdiyini rəhbər tutaraq barəsində 200 manat cərimə tətbiq olunması ilə protokol tərtib etmişdir.
Əlacsız qalmış Aynurə xanım bizə Resmixeber.az portalına müraciət edərək şikayətini söyləyərək
- bizdən
kömək istədiyini bildirmişdir. Biz məsələyə aydınlıq gətirilməsi üçün dərhal Yasmal Rayon Baş Polis İdarəsinin, polis moyoru Rövşən Fərzəliyevlə əlaqə saxladıq. İş baxılması üçün ona verdilyini bildirdi məsəlıni araşdırıb bizə məlumat verəcəyini bildirdi. Növbəti gün Aynurə xanım bizə zəng vurub öz təşəkkürünü bildirərək onu YRBPİ- nə dəvət olunduğunu və məsələ həllini tapdığını yəni ,onun adına tərtib olunmuş protokol ləğv olunduğunu söylədi. Biz təkrar Polis-moyoru Rövşən müəllimlə əlaqə saxlayıb ona öz təşəkkürümüzü bildirdik.
P.S. Resmixeber.az saytı 8 il fəaliyyət göstərdiyi müddətdə dəfələrlə bizə müraciət edən haqsızlıqla üzləşmiş hər bir vətəndaşa dəstək olmuş və əlimizdən gələn köməkliyi əsirgəməmişik. Qanun -hər kəs üçün qanundur! Bunun üçün hər kəs qanunlara riayət etməli və mariflənməli ki gələcəkdə bu kimi problemlərlə üzləşməsin.
Baş redaktor,Jurnalist Rəsmiyyə Aydıqızı