“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in 1/8 final oyunları başa

çatır

14:27 15-12-2020 320

 

Ölkədə gənc nəslin inkişafına hər zaman xüsusi önəm verən “Nar”ın dəstəyilə “Breyn
Rinq” intellektual bilik yarışının on altıncı mövsümü davam edir. Bu gün saat 22:00-da
İctimai Televiziyada yayımlanacaq buraxılışda “Norm Sement” və “Xızı” komandaları 1/8
final oyunlarının son yarışında mübarizə aparacaqlar.
Builki mövsümün özəlliyi yarışın pandemiya şərtlərinə uyğun olaraq keçirilməsidir. Belə
ki, hər buraxılışda tamaşaçıların iştirakı olmadan sadəcə iki komanda yarışır. Bundan
başqa yarışda iştirak edən hər bir komanda və heyət üzvü çəkilişdən öncə COVID-19
testindən keçməlidir. Qeyd edək ki, bu mövsümdə yarışa qoşulmuş 16 komanda “Bilik”
kuboku uğrunda mübarizə aparır. Yarışı hər həftənin cümə günü saat 22:00-də İctimai
Televiziyada izləmək mümkündür.
“NarBrain_Ring_1 (1)_1”ın təhsilin inkişafına yönəlmiş digər layihələri ilə burada tanış ola bilərsiniz.