Afrikada son sutkada koronavirusdan 425 nəfər öldü

05:15 06-12-2020 14

Afrikada sutka ərzində koronavirusdan 425 nəfər həlak olub.

Bu barədə TASS Ümumdünya Səhiyyə Təşkilatına istinadən məlumat yayıb.

Ümumilikdə Afrika qitəsində 53 261 nəfər COVID-19 qurbanı olub.

Son sutkada Afrikada 17 139 nəfər koronavirusa yoluxub, ümumilikdə yoluxma sayı 2 231 951-ə çatıb.