Bakıda avtomobil ahıl qadını vurdu

04:15 06-12-2020 17

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Əhmədli qəsəbəsində yolu keçən 1956-cı il təvəllüdlü Axundova Rəna Mirzəli qızını minik avtomobili vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Polis hadisənin təfərrüatını araşdırır.