NBA ulduzu koronavirusa görə ailəsinin yeddi üzvünü itirib - VİDEO

01:35 06-12-2020 18

“Minnesota Timberwolves” basketbol komandasının ulduzu Karl-Entoni Tauns anası Jaklin Kruz da daxil olmaqla ailəsinin yeddi üzvünü koronavirusa görə itirib.

“Clutch Points”in xəbərinə görə, bu barədə basketbolçunun özü bildirib.

“Ailəsini məlumatlandırmaq və onları yaşatmaq üçün bütün lazımi addımları atan biriyəm. Anam xəstəxanaya yerləşdiriləndən bəri ruhi sağlamlığım yaxşı olmayıb. Basketbolun mənim üçün terapiya olduğunu deyə bilmərəm”, - deyə o, əlavə edib.

Kanalın məlumatına görə, 24-30 noyabr tarixləri arasında koronavirus üçün test edilmiş 546 oyunçudan 48-i müsbət nəticə göstərib.