Bakıda avtomobillər toqquşdu, üç nəfər xəstəxanalıq oldu

23:30 05-12-2020 18

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Qasımov Fəraiz Qasım oğlu və övladı, 1996-cı il təvəllüdlü Qasımov Nicat Fəraiz oğlu, habelə daha bir nəfər - sərnişin, 1995-ci il təvəllüdlü Əliyev Babək Rüfət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.