Koronavirus xəstələri üçün ən təhlükəli dövr açıqlandı

10:35 03-12-2020 15

Koronavirusa yoluxanlar üçün ən təhlükəli dövr xəstəliyin doqquzuncu - onuncu günləridir. Bu vaxt yoluxmuş insanda nəfəs darlığı və ağciyərlərdə geniş iltihab prosesinin başlaması ilə xarakterizə olunan kəskin respirator distres-sindromu inkişaf edir.

Lb.ua-nın məlumatına görə, bu barədə ukraynalı həkim Andrey Penkov deyib.

Ekspertin sözlərinə görə, bədəndə bu cür proseslər, immunitetin hiperreaksiyası ilə əlaqələndirilir.

“Xəstəxanaya yerləşdirilmə ən çox bu vaxt lazımdır”, - deyə həkim əlavə edib.

Penkovun fikrincə, xəstəliyin ikinci həftəsində qanda yeni immunoloji dəyişikliklər meydana gəlir və bütün reaktiv iltihab göstəriciləri artır. Mütəxəssis bu anda ciddi müalicənin həyati əhəmiyyət daşıdığını vurğulayıb.