Tanıyaq vəTanıdaq

"Rembo"   ləqəbli igidimiz

10:07 03-12-2020 126

128576507_373440053910222_8345242197227449491_nHaqqında söz açacağımız igidimizlə qürur duyuruq Qəhrəmanlar ölmürlər onlar doğulurlar. Fred-Aseflər,Mübarizlər və s. i. kimi qəhrəmanlar .Onlar xalqımızın yaddaşına əbədi həkk olunublar. "Tanıyaq və tanıdaq" layihəmiz çərçivəsində haqqında söz açacağımız qəhrəman Sözün əsl mənasında qəhrəmandır. Şıxamir Oruc oğlu Qaflanov Vətən müharibəsi başlayan andan tərəddüd belə etmədən döyüş bölgəsinə yollanıb. Füzuli ,Zəngilan,Hadrut və Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub dəflərlə silahdaşlarını mühasirədən xilas edib. Onun döyüşlərdə g.östərdiyi şücaətlərinə görə hərbiçi yoldaşları  onu "Rembo " adlandırmışdılar. Onun 23 günlük şərəfli döyüş yolu isə Oktyabrın- 19 -da Şəhidlik zirvəsinə ucalması ilə nəticələnmişdir. Əfsanəvi qəhrəmanımızın keçdiyi həyat adlı məktəbinə yaxından nəzər salaq. Şıxamir Zaqatala rayonunun 3-cü Tala   kəndində anadan olub 2005 ci il Zaqatala RHH -sı tərəfindən həqiqi hərbi xidmətə çagrılmışdır. Daxili qoşunların N saylı h/h də müddətli həqiqi hərbi xidmətdə olmuşdur.07.07.2005 ci ildə ehtiyyata buraxılmışdır. 13.03.2007 ci ilədək Kiçik Çavuş hərbi rütbəsi almış və 2008 ci ildə DİNin DQ nın XTD də orta ixtisas hərbi məktəbində kursant olmuşdur.21.06.2010 cu ildə Leytenant hərbi rütbəsi verilirərək. N saylı h/hissədə tagım komandiri təyin olunmuşdur.

Şıxamir  Qaflanov   dünyanın ən ağır kurslarında təlimlər keçmişdir.

21.06.2013 cü ildə baş leytenant rütbəsi almış və 2016 cı ildə Türkiyənin İzmir şəhərində yerləşən 

Jandarma qüvvələrinin FOCA Kamando,Komando  ixtisas ,sularda axtarış ,xilas etmə soyuq hava şəraitində həyatda qala  bilmə ,döyüş aparma  və dağ xizəyi kurslarını   bitirmişdir.

  Yenidən 06.06.2019 cu ildə mayor hərbi rütbəsi alan igidimiz Daxili Qoşunların N saylı hərbi hissəsinin komandirinin müavini- qərərgah rəisi vəzifəsinə təyin olunmuş və 29.02.2020 tarixindən Qubada yerləşən Daxili qoşunların N saylı h/ h də xüsusi təyinatlı dəstə komandiri vəzifəsində çalışmışdır.Heç bir ictimai siyasi partiyanın və dini təşkilatın üzvü olmamışdır.Füzuli istiqamətində gedən döyüşlərdə sonuncu ən müqəddəs vəzifə olan Şəhidlik Zirvəsinə ucalmışdır.Yeni Zirvən mübarək Şəhidim!