Paris yaxınlığında məscidə hücum
23:40 02-12-2020 21

Naməlum şəxslər Paris yaxınlığında yerləşən məscidi təhqir edib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Bu gün səhər saatlarında Breteni məscidinə zərər vurulub”, - deyə məlumatda deyilib.
Avtomobillə məscidin qapısına taran edilib. İçəri daxil olan şəxslərin əlində yanğınsöndürmə qurğusu olub. Hadisə nəticəsində heç kim xəsarət almayıb.
Faktla bağlı araşdırma başladılıb.