23 Yaşlı Şəhidin son arzusu

22:07 02-12-2020 157

"Tanıyaq və tanıdaq" 

23  Yaşlı Şəhidin son arzusu...

Resmixeber.az İnformasiya agentliyi olaraq  "Tanıyaq və tanıdaq" layihəmizi davam etdiririk. Bu gün haqqında danışacagımız  23 yaşlı Şəhidimiz Ağaəli Vaqif oglu Yisifovdur. O,1997 ci ildə Bakı  şəhərində anadan olub.27 sentyabr  Vətən müharibəsi başlayan gündən N saylı H/h  -dən müharibəyə yollanıb.Ağaəli Füzuli,Cıbrayıl,Hadrut,istiqamətində gedən döyüşlərdə şücaət göstərib.Şuşanın alınmasında gedən döyüşlərdə həlak  olub Şəhidlik zirvəsinə yüksəlib. Şəhidin nəşi DNT  analizi  nəticəsində müəyyənləşdirildikdən sonra 22 noyabr Mərdəkan qəsəbəsinin  Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Layihəmiz çərçivəsində ənənəyə sadiq olaraq  Şəhidimizgildə olub yaxınları ilə  Ağaəli  haqqında söhbət edib video-müsahibə hazırladıq.  Həmin video- müsahibəni diqqətnizə  çatdırırıq.