Türkiyənin Daxili İşlər naziri Soyludan İmamoğluna sui-qəsd iddiası ilə bağlı açıqlama

21:15 02-12-2020 16

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna sui-qəsd iddialarına münasibət bildirib.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Belə sui-qəsd təşəbbüsü və yaxalanan kimlərinsə olmasından söhbət getmir. Belə təhdidlər hər zaman var, amma bunların cəmiyyət və mətbuatda paylaşılmamasını istərdik. Terror təşkilatlarının bir hədəfi də özlərindən danışılmasını təmin etməkdir”, - deyə S.Soylu bildirib.