Tramp 2024-cü ildə prezidentliyə namizədliyini verəcəyinə eyham vurdu

09:45 02-12-2020 15

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp 2020-ci il seçkilərinin nəticələrindən sonra hələ də bu vəzifədə qalmayacağı təqdirdə 2024-cü ildə prezidentliyə namizədliyini verəcəyinə eyham vurub.

Bu barədə “Politico” xəbər yayıb.

O, vəzifədə olduğu bu dörd ili gözəl keçirdiyini vurğulayıb.

“Daha dörd il etmək istəyirik. Əgər bu baş verməzsə, dörd ildən sonra görüşərik”, - deyə o, Respublika Partiyasının Milli Komitəsinin üzvləri qarşısında çıxışı zamanı bildirib.