Ronaldu Messini üstələyərək daha bir mükafata sahib oldu

09:35 02-12-2020 20

“Yuventus” və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu “Golden Foot-2020” mükafatının laureatı olub.

Bu barədə eurosport.ru məlumat yayıb.

Mükafat futbolun inkişafına töhfəyə görə verilir. Qalib Goldenfoot.com saytındakı səsvermə ilə seçilir. K. Ronaldu səsvermədə Messi, Arturo Vidal, Neymar, Corco Kellini, Robert Levandovski, Serxio Ramos, Serxio Aquero, Jerar Pike və Məhəmməd Salahı üstələyib.

Həmçinin karyerasındakı nailiyyətlərə görə “Yuventus”un prezidenti Andrea Anyelli mükafata layiq görülüb.