Laçının işğaldan azad olunması Bərdə və Tərtərdə xüsusi qeyd edilib - VİDEO

08:45 02-12-2020 27

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Laçın rayonu Ermənistan ordusu tərəfindən tam boşaldılıb və müzəffər Ordumuz Laçına daxil olub.

Xalqımız bu tarixi hadisəni böyük sevinc hissi ilə qeyd edib. Tərtərdə məskunlaşan laçınlılar doğma rayonlarının işğaldan azad olmasını böyük coşğu ilə qeyd ediblər.

Laçının işğaldan azad olunması münasibəti ilə qurbanlar kəsilib. Laçınlılar avtomobillərdən və atlardan ibarət karvanla yürüş ediblər.

Bərdə rayonunda doğma Laçının 28 ildən sonra işğaldan azad edilməsinə sevinən Laçın sakinləri şanlı qələbə sevincini yaşayıblar.

Laçınlılar bir-birini təbrik edib, doğma yurdlarının işğaldan azad olmasını bayram ediblər. Hər tərəfi “Qarabağ Azərbaycandır”, “Yaşasın Ali Baş Komandan!”, “Biz Laçına qayıdırıq”, “Yaşasın Azərbaycan Ordusu” kimi şüarlar bürüyüb.

Baku TV-nin süjetini təqdim edirik: