Gəncədə zəncirvari yol qəzası baş verib - FOTO

23:35 01-12-2020 19

Gəncədə yol-nəqliyyat hadisə baş verib

APA-nın məlumatına görə, hadisə şəhərin Bağmanlar küçəsi ilə Gəncəvi küçəsinin kəsişməsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21099” markalı minik maşını ilə iki “Mercedes” markalı minik maşını toqquşub. Qəza zamanı bir nəfər yüngül xəsarət alıb. Avtomobillər yararsız hala düşüb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.