Kraliça II Elizabet haqqında çəkilən serial Britaniya hökumətilə “Netflix”i qarşı-qarşıya qoyub - VİDEO

06:10 01-12-2020 25

“Netflix”dən Kraliça II Elizabet haqqında çəkilən “The Crown” (“Taxt”) serialının “bədii düşüncənin məhsulu” olduğu barədə izləyicilərə açıqlama verilməsi tələb olunub.

“Mail on Sunday”in məlumatına görə, bu barədə Böyük Britaniyanın Rəqəmsallaşma, Mədəniyyət, Media və İdman naziri Oliver Dauden bildirib.

O, bu filmin ustalıqla hazırlanış bədii sənət nümunəsi olduğunu vurğulayıb:

“Netflix” digər televiziya layihələrində olduğu kimi, bunu əvvəldən aydınlaşdırmalıdır. Əks təqdirdə, bu hadisələri görməyən bütöv bir izləyici nəsli uydurulmuş hadisələri gerçəklik kimi qəbul edə bilər”, - deyə o, vurğulayıb.

Nazir təklifi ilə bağlı “Netflix”ə məktub yollamağı düşünür.

“The Crown”un yaradıcısı Piter Morgan isə serialdakı bütün məlumatların hərtərəfli araşdırıldığını bildirib. Onun sözlərinə görə, bəzən tarixi dəqiqlikdən kənara çıxmalı olub, bununla belə filmdə feyk yoxdur.