Bakıda üç tələbənin həyatına son qoyan dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO

02:50 01-12-2020 19

Bakının Xətai rayonunun Nobel prospektində baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. 

milletinsesi.info xəbər verir ki, video sosial şəbəkədə paylaşılıb. 

Görüntülərdən BMW markalı nəqliyyat vasitəsinin sürüşərək, divara çırpılması əks olunub. 

Video avtomobilin divarına çırpıldığı mağazanın təhlükəsizlik kamerasına əks olunub. 

Qeyd edək ki, hadisə zamanı Azərbaycan Tibb Universitetinin üç tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olublar. Digər tələbə -  İlkin Ağamirzəyev isə ağır yaralanıb. Onların hamısı koronaviruslu xəstələr üçün modul tipli klinikada könüllü kimi çalışıblar. 

Həmin görüntüləri təqdim edirik: