İran nüvə fizikinin ölümündən sonra MAQATE-nin fəaliyyətini məhdudlaşdırmaq istəyir

00:10 30-11-2020 24

İran parlamentariləri Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) yoxlama fəaliyyətlərini məhdudlaşdırmağa çağırış ediblər.

Bu barədə “RİA Novosti”yə Rusiyanın MAQATE-dəki nümayəndəsi Mixail Ulyanov danışıb.

Buna səbəb kimi nüvə fiziki Möhsün Fəxrizadənin öldürülməsi hadisəsi göstərilib.

“Motivlər aydındır, ancaq emosiyalar hər zaman düzgün qərarı tapmağa yardım etmir”, - deyə Mixail Ulyanov bildirib.