Tramp: “FTB və Ədliyyə Nazirliyi seçkilərin saxtalaşdırılmasında iştirak edə bilər”

22:40 29-11-2020 19

ABŞ-ın hazırkı prezidenti Donald Tramp Ədliyyə Nazirliyi və FTB-nin seçkilərin saxtalaşdırılmasında iştirakı ehtimalının mümkün olduğunu açıqlayıb.

Bu barədə “Fox News” məlumat yayıb.

Jurnalistlərlə söhbətində D.Tramp seçkiləri kütləvi fırıldaqçılıq adlandırıb və əlavə edib ki, respublikaçıların əlində kifayət qədər sübutlar var. Ancaq məhkəmə onları qəbul etmək istəmir.

“FTB və Ədliyyə Nazirliyində nə etdilər? Bilmirəm, bəlkə onların da iştirakı var. Bu seçkilər saxtalaşdırılıb”, - deyə D.Tramp bildirib.