Rusiyada təcili yardım işçilərinin başı xəstənin yaxınları ilə davaya qarışdı, xəstə öldü

21:25 29-11-2020 18

Rusiyanın Ryazan vilayətində təcili yardım işçiləri ilə yerli sakinlər arasında baş verən qarşıdurma səbəbindən xəstə ölüb.

Bu barədə Gazeta.ru Rusiya İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsinə istinadla məlumat yayıb.

Hadisə Sasovo qəsəbəsində baş verib. 44 yaşlı qadın xəstələnib və təcili yardım çağırılıb. Müayinənin nəticələrinə əsasən, həkimlər xəstəni xəstəxanaya yerləşdirməyə qərar veriblər.

“Lakin onun yanında olan tanışları tibb işçilərinin hərəkətlərinə mane olub və münaqişə yaradıbar. Bu müddətdə qadın təcili yardım maşınında ölüb”, - deyə müstəntiqlər bildiriblər.

Faktla bağlı araşdırma aparılır.