Coni Deppin pərəstişkarları onun “qisasını” almağa hazırlaşır - FOTO

23:30 28-11-2020 28

Coni Deppini pərəstişkarları kumirlərinin keçmiş həyat yoldaşı, aktrisa Ember Herdin “Akvamen”in ikinci hissəsində qovulması üçün petisiyaya başlayıblar.

Bu barədə “Super” xəbər yayıb.

Bildirilir ki, artıq bunun üçün 1,5 milyondan artıq imza toplanılıb.

Deppin pərəstişkarlar ordusu Hollivud ulduzunun “Fantastik varlıqlar və onların məskəni” (“Fantastic Beasts and Where to Find Them”) filminin üçüncü hissəsində sonra belə bir addım atıblar. Onlar Deppin keçmiş arvadının da işsiz qalması və “ədalətin bərqərar olması” uğrunda mübarizə aparacaqlarını deyiblər.

Yeni petisiyada onlar aktrisanın “Meri” rolundan məhrum edilməsini istəyirlər.

Pərəstişkarlar sənəddə bildiriblər ki, boşandıqdan sonra Herd Deppi Hollivudda məhv etmək üçün sistematik mübarizə aparıb.

Qeyd edək ki, keçmiş arvadı Ember Herd ilə qalmaqaldan sonra Depp “Fantastik varlıqlar və onların məskəni” filminin növbəti hissəsində qara sehrbaz rolundan məhrum edilib. Bundan sonra “sehrbaz Qrin de-Vald” obrazını danimarkalı aktyor Mads Mikkelsen oynayacaq.