Fransızlar mətbuat və söz azadlığına dəstək şüarları ilə etiraz aksiyası keçirib - VİDEO

22:35 28-11-2020 20

Fransanın paytaxtı Parisdə mətbuata və söz azadlığına dəstək şüarları ilə kütləvi etiraz aksiyası keçirilir.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Fransanın ən böyük həmkarlar ittifaqlarının dəstəyi ilə təşkil edilən aksiyada mətbuat işçilərindən əlavə vəkillər, parlament üzvləri, sıravi vətəndaşlar iştirak edib.

Etirazçılar Fransa parlamentinin birinci oxunuşunda qəbul edilən “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı çıxış edirlər.

Sözügedən qanuna layihəsində hüquq-mühafizə orqanları işçilərinin foto və videosunu çəkmək qadağan edilir.

Qanunu pozan şəxs üçün bir il həbs cəzası və 45 000 avro cərimə nəzərdə tutulur.