“Araz” Çempionlar Liqası ilə vidalaşdı

21:45 28-11-2020 23

Futzal üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edən ölkə çempionu “Araz” turnirlə vidalaşıb.

Naxçıvan təmsilçisi ilkin mərhələ çərçivəsində keçirilən matçı Yunanıstanın paytaxtı Afinada keçirib. 

Braziliyalı baş məşqçi Joze Alesio da Silvanın yetirmələri AEK-lə qarşılaşıb. “Araz”dan braziliyalı Fineonun qırmızı vərəqə aldığı görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qol vurulmayınca, penaltilər seriyasında qalib müəyyənləşib.

Penaltilərdə Yunanıstan çempionu daha dəqiq olub – 4:3. Bununla da AEK 1/16 finala vəsiqə qazanıb, “Araz” isə turnirlə vidalaşıb.