İranda nüvə-raket aliminə sui-qəsd edilib, ölənlər var - FOTO

19:05 27-11-2020 22

İranın nüvə-raket alimi Möhsün Fəxrizadə və onu müşayiət edən mühafizəçilərə sui-qəsd olunub.

İRNA-nın məlumatına görə, hadisə İranın Tehran vilayətinin Absərd şəhərinin Mustafa Xomeyni prospektində baş verib.

Bildirilir ki, əvvəlcə partlayış, sonra isə atışma baş verib. Atışmada bir neçə nəfərin öldüyü bildirilir. 

İranlı alimin taleyi barədə hələ ki dəqiq məlumat verilmir.