Maliyyə fırıldaqçılığında adı hallanan milyonçu qadın yoxa çıxdı

05:35 27-11-2020 18

Avstraliyada maliyyə fırıldaqçılığında adı hallanan milyonçu qadın itkin düşüb. 

“Daily Mail” xəbər verir ki, polisin ilkin ehtimalına görə, qadın gizlincə qaçıb. 

49 yaşlı Melissa Keddik noyabrın 12-də evdən çıxıb və geri qayıtmayıb. Onun əri, dicey Entoni Koletti əvvəlcə qadının istirahətə getdiyini düşünüb. Ancaq kişi arvadının mobil telefonunu götürmədiyini müəyyən etdikdən sonra polisə müraciət edib. Onun sözlərinə görə, Melissa heç vaxt telefonsuz evi tərk etməyib. 

Entoni və dostları hesab edir ki, Melissa xəbərdarlıqsız belə hərəkət edə bilməzdi. Həmçinin, müəyyən olunub ki, noyabrın 12-də evdə yerləşdirilmiş müşahidə kameraları da söndürülüb. 

Qeyd edilib ki, itkin düşməzdən bir müddət öncə yerli məhkəmənin qərarı ilə Melissanın ölkəni tərk etməsinə qadaa qoyulub.