Maradona dəfn olundu - FOTO

04:30 27-11-2020 20

Əfsanəvi futbolçu Dieqo Maradona Argentinada dəfn edilib. 

REN TV xəbər verir ki, o, Buenos-Ayresdəki “Bella vista” qəbiristanlığında torpağa tapşırılıb. 

Dəfn mərasimində Maradonanın 25 yaxın qohumu iştirak edib. Fanatlarının dəfndə iştirakına icazə verilməyib. Qeyd edilib ki, əfsanəvi futbolçu valideynlərinin yanında torpağa tapşırılıb. 

Qeyd edək ki, Maradona noyabrın 25-də vəfat edib.