Ürəyinin üstündəki telefonu düşmən gülləsinə sipər olan qazimiz danışdı - VİDEO

02:30 26-11-2020 18

Sentyabrın 27-də başlanan Azərbaycanın düşmən tapdağı altında olan torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə qazimiz Asif Məmmədli də iştirak edib. 

Laçın istiqamətində gedən döyüşlərdə Asif Məmmədlinin həyatını mobil telefonu xilas edib. Ürəyinin üstündəki telefon düşmən gülləsinə sipər olub. 

Onun sözlərinə görə, döyüş meydanından yaralı əsgər yoldaşını çıxararkən sağ qolundan yaralıb. 

Azərbaycan Televiziyası Qaxın Güllük kəndinin qəhrəman övladı haqqında süjet hazırlayıb. 

Həmin süjeti təqdim edirik: