Fransa Senatının məlum sənədə səsverməsində saxtakarlıq olub - Senatordan EKSKLÜZİV AÇIQLAMA

01:25 26-11-2020 15

Fransa Senatının hökuməti separatçı qondarma Qarabağ qurumunu tanımağa çağıran tövsiyə xarakterli qətnaməsinin səsverməsində saxtakarlıq olub.

Yekun səsvermədə qətnamənin əleyhinə yalnız bir nəfərin səs verdiyi göstərilsə də, milletinsesi.info bunun yalan olduğunu üzə çıxarıb. Əslində konkret olaraq iki nəfərin qətnamənin əleyhinə səs verdiyi artıq məlumdur.

milletinsesi.info-a eksklüziv açıqlamasında senator Natali Güle bildirib ki, qətnamənin əleyhinə səs versə də, sistemdə yanlışlıq olduğu üçün səsi nəzərə alınmayıb. Siyahıda xanımın da adı lehinə səs verənlər arasındadır.

N.Gule siyahıda adı göstərilən senatorun kimliyini də açıqlayıb. Bu, Sylviya Goy-Chavent adlı xanım senatordur.