“Nar”dan vətəndaşlara bayraq hədiyyəsi!

19:33 09-11-2020 179

_B6C0157_B6C0162_B6C0265_B6C0162_B6C0412_B6C0431

“Nar” 9 noyabr – Dövlət Bayrağı Günü və Şuşa şəhərinin işğaldan azad edilməsi
münasibətilə xüsusi aksiya keçirib. Vətəndaşların yüksək qələbə ruhuna dəstək
məqsədilə mobil operator yeni konseptə uyğunlaşdırılmış Fəvvarələr meydanı, Bülbül
prospekti və Elmlər Akademiyası metrostansiyası yaxınlığındakı mağazalarına, eləcə də
digər satış mərkəzlərinə gələn abunəçilərə Azərbaycanın 3 rəngli bayrağının həkk
olunduğu yaxa sancaqları hədiyyə edib. Bundan başqa paytaxtın mərkəzi küçələrində
olan vətəndaşlara da yaxa sancaqları paylanılıb. Bununla da vətəndaşların qəlblərindəki
bayraq sevgisini əyani olaraq yaxalarında daşımasına imkan yaradılıb.
Aksiyanın keçirilməsində məqsəd Rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızın
işğaldan azad edilməsi uğrunda apardığı uğurlu hərbi əməliyyatlar dövründə insanların
artan qələbə əzminə töhfə verməkdir.
“Nar”ın həyata keçirdiyi bayraq aksiyasının vedeosuna bu keçid vasitəsilə baxmaq olar:
https://www.youtube.com/watch?v=OSrDSEV2NBI&feature=youtu.be
Qeyd edək ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatına başladığı vaxtdan
etibarən “Nar” bütün sosial media kanallarında loqosunun rəngini Azərbaycan bayrağı ilə
əvəz edib. Qüdrətli Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində işğal altında olan
bütün ərazilərimizin tezliklə azad ediləcəyinə inanırıq. Qələbə bizimdir!
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi
irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” 8700-dən artıq baza
stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.