SEVİLƏN KOMİTƏMİZ!

14:30 03-11-2020 338

Milli Məclisin Mədəniyyət Komitəsi ölkəmizdə sevilən,seçilən , Komitə olaraq insanlarımızın sevgisini qazanmaqda davam edir.Komitənin sədri Qənirə xanım Paşayeva demək olar ki hər gün, onlarla insanların problemləyiylə maraqlanır,onların sevincini ,kədərini birgə bölür,onlara arxa dayaq olur.                                                                                                                                   Hər kəsə böyük sevgi,mərhəmətlə yanaşan Qənirə xanım artıq ,insanların ümüd yerinə çevrilib desəm,yanılmaram.İstər sənət adamları,istər sadə vətəndaş,hərbiçi,isərsə də tanınmış jurnalist,alim,pedaqoq bir sözlə bütün sahədə çalışanlar onunla görüşməyə,xeyir dua almaga can atırlar .                                                                                                                                        Bu qaygı peşəsinə sədaqətlə xidmət edən Qənirə Xanımın Peşəkarlıgının,Böyük Ürəyə sahib olmagının göstəricisidir.Qənirə xanımın göstərdiyi xidmət həmişə diqqətimizdə olub.Bu gün isə onun çalışdıgı Komitə Böyük Ziyarətgahı xatırladır   .Bu Ziyarətgahın qapısı yaşından asılı olmayaraq hər bir vətəndaşın üzünə açıqdır. Və təkcə Azərbaycan vətəndaşı deyil, bütün Azərbaycan sevərlər üçün! Qardaş Türkiyənin Van şəhərinin 12 yaşlı məktəblisi, İsranurun topladıgı məbləgi Silahlı Qüvvələrimizin Fonduna ianə etməsindən  təsirlənən Qənirə xanım onun ailəsi ilə telefonla danışıb.

"Xahiş edirəm, mənim və azərbaycanlı qardaş-bacılarının salam, sevgi və sayğısını məktəb yoldaşlarına, müəllimlərinə çatdırasan”, - deyə Qənirə Paşayeva qeyd edib.İsranurun atası və digər ailə üzvləri ilə də danışan komitə sədri, İsranurun yaşı az olsa da, ürəyinin böyüklüyünü, bir müraciətlə iki ölkənin qardaşlıq bağlarının necə möhkəm olduğunu bir daha isbat etdiyini deyib.Sonda İsranuru ailə üzvləri ilə birgə Azərbaycana dəvət edən Paşayeva uyğun vaxtda bu səfərin gerçəkləşməsindən şad olacağını deyib.Məktəbli və ailə üzvləri dəvəti məmnuniyyətlə qəbul edib.

 

 

                                                                                   ELNARƏ ABBASOVA