Almaniyada koronavirusa görə qismən karantin tətbiq ediləcək

00:10 29-10-2020 32

Almaniya kansleri Angela Merkel ölkədə noyabrın 2-dən ayın sonuna qədər qismən karantin elan edildiyini açıqlayıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Qərara əsasən ölkədə teatrlar, kino, fitnes mərkəzləri, gözəllik salonları və hotellər bağlanacaq. Kafe və restoranlar yalnız çatdırılma xidməti göstərəcək.

Xatırladaq ki, Almaniyada bu günə qədər ümumilikdə 472531 nəfər koronavirusa yoluxub.