Şəkidə tütün istehsalının həcmi 3,2 milyon ton olub

18:05 28-10-2020 27

İstehsalat dövrünə başlayandan bu günə qədər Şəki rayonunda 3,2 milyon ton quru tütün istehsal edilib.

Bununla bağlı “Azərtütün ASK” MMC-dən məlumat verilib.

Cari ildə Şəki rayonunun təsərrüfatında 1 108 hektar sahədə tütün əkilib. Hazırda tütün yığımı davam edir.

Ölkədə 2020-ci ilin 9 ayı ərzində 296,6 milyon manat həcmində tütün məmulatları istehsal edilib. Həmçinin, yanvar-sentyabr aylarında kənd təsərrüfatı sektoru çərçivəsində 4 min 717 ton tütün istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.

Qeyd edək ki, Azərbaycan bu ilin yanvar-sentyabr ayları ərzində 61 milyon 484,8 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edib.

Nigar Məmmədova