Rusiyada iki qadın altı illik köləlikdən xilas edilib - VİDEO

08:30 28-10-2020 21

Rusyanın Krasnoyarsk şəhərində altı il kölə həyatı yaşayan qadınlar xilas edilib.

Bu barədə REN TV xəbər yayıb.

Bildirilir ki, sənədləri əllərindən alınmış 50 yaşlı Yelena və 54 yaşlı Marina şəhərdə yataq dəstləri satmağa məcbur ediliblər. Bununla belə onlar mütəmadi olaraq dəmir boru və ağacla döyülür, saçlarından sürüklənir, meşədə adsız basdırılmaqla hədələniblər.

Maraqlıdır ki, onları bu vəziyyətdə salan iş adamları artıq azadlıqdadırlar. Həyatları üçün qorxan qadınlar şəhəri tərk ediblər.

Ancaq bu məsələ insan alveri üzrə federal təşkilatın diqqətini çəkib. Məsələ ilə bağlı yoxlamalara başlanılıb.