Gəncədəki terrordan təsirlənən tələbə ingilis dilində rep ifa etdi - VİDEO

17:55 27-10-2020 33

Hər bir azərbaycanlı Ordumuzun Qarabağda apardığı uğurlu hərbi əməliyyatlara öz töhfəsini verməyə çalışır.

“OFFSWEET” ləqəbli azərbaycanlı repçi Aydın Şirinovun ifa etdiyi yeni repdə Azərbaycan gənclərinin müharibəni qələbəyə qədər aparmağa hazır olduğu və bizim başqa ölkənin ərazilərinə iddia etmədiyimiz vurğulanır.

“RETWEET” adlanan trek Prezident İlham Əliyevin qalibiyyət “tweet”lərinə işarə edir. 

Aydının 18 yaşı var, ölkəmizdə olan universitetlərindən birində beynəlxalq iqtisadiyyat ixtisası üzrə təhsil alır.

Aydının öz etirafına görə, trek bir neçə saat ərzində doğma şəhəri Gəncədə gördüyü dəhşətli kadrların təsiri altında meydana çıxıb.