Aqressiv meymunlar 13 yaşlı qızı öldürdülər

08:45 23-10-2020 20

Hindistanda aqressiv meymunlar 13 yaşlı qızı öldürüblər. 

REN TV xəbər verir ki, hadisə Müzəffərnaraq şəhərində baş verib. 

Yeniyetmə qız evin damına çıxaraq, orada asılmış paltarların quruyub-qurumadığına baxmaq istəyib. Bu zaman heyvanlar ona hücum edib və damdan aşağı itələyiblər. 

Hadisə nəticəsində xəsarət alan qız xəstəxanaya çatdırılsa da, həkimlər onun öldüyünü bildiriblər.