“Nar”dan koronavirusla mübarizə aparan həkimlərə növbəti

rabitə dəstəyi

08:44 23-10-2020 82

 

Koronavirus (COVID-19) infeksiyasının davam etdiyi müddətdə “Nar” virusla mübarizə
aparan həkimləri növbəti dəfə pulsuz rabitə ilə təmin edib. Səhiyyə Nazirliyinin təqdim
etdiyi siyahı əsasında “COVID-19” infeksiyası ilə mübarizə aparan bir sıra xəstəxanaların
həkimlərinin “Nar” nömrələrinin balansına 2 ay müddətində 50 AZN yüklənəcək.
Məqsəd  həkimlərin koronavirus infeksiyasına yoluxmuş şəxslərlə mütəmadi
ünsiyyətdə olmalarını təmin etməkdir.
Xatırladaq ki, mobil operator bundan əvvəl də koronavirusun yayılmasının qarşısını
almağa çalışan tibb personalını, o cümlədən xüsusi rejimli xəstəxanalarda nəzarətdə
olan şəxsləri pulsuz mobil rabitə ilə təmin etmişdi. Bundan başqa, “Nar” koronavirus
(COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə bir
sıra mühüm sosial layihələrdə aktiv iştirak edib.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib
və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə
ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq
baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir