İslandiyada baş nazirin müsahibəsi zamanı zəlzələ baş verdi - VİDEO

08:25 23-10-2020 20

İslandiyanın Baş naziri Katrin Yakobsdouttirin “Washington Post”a canlı müsahibəsi zamanı zəlzələ baş verib.

Lenta.ru-nun məlumatına görə, hökumət başçısının gözlənilməz hadisəyə reaksiyası barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

Siyasətçi İslandiyanın sərhədləri açacağı halda epidemioloji vəziyyəti necə idarə edəcəyi barədə sualı cavablandırırdı. Bu zaman Yakobsdouttirin oturduğu otaq silkələnməyə başlayır.

“Aman Allahım, bu zəlzələdir!”, - deyə qadın həyəcanla deyir.

Qorxuya baxmayaraq, baş nazir az sonra özünü ələ alaraq, hər şeyin qaydasında və evin isə kifayət qədər dayanıqlı olduğunu deyib və sualı cavablandırmağa davam edib.

O da vurğulanır ki, Krisyuvik yaxınlığında baş verən zəlzələ 5.5 bal gücündə olub.