Braziliyada könüllünün ölməsinə baxmayaraq, peyvənd sınaqları davam edəcək

04:50 23-10-2020 21

Oksford Universitetinin “AstraZeneca” (Britaniya-İsveç əczaçılıq şirkəti) ilə birlikdə hazırladığı COVID-19 peyvəndinin Braziliyada sınaqları könüllülərdən birinin ölümünə baxmayaraq, davam edəcək.

Bu barədə TASS xəbər verir.

“Klinik sınaqlarla bağlı Braziliyada heç bir narahatlıq yaranmayıb”, - deyə Universitetin məlumatında bildirilib.

Orada əlavə olunub ki, müstəqil araşdırmadan sonra sınaqların davam etdirilməsi barədə qərara gəlinib.

“Reuter”sin məlumatına görə, 28 yaşlı könüllü COVID-19-un fəsadları nəticəsində ölüb. Bu məlumat Braziliyada peyvənd sınaqlarının üçüncü mərhələsinin koordinasiyasına kömək edən San-Paulo Federal Universiteti tərəfindən təsdiqlənib.

Ümumilikdə, Braziliyada səkkiz min nəfər bu dərman üçün beynəlxalq tədqiqat proqramında iştirak edir.