COVID-19-a yoluxan XİN başçısının vəziyyəti ağırlaşıb

04:25 23-10-2020 23

Belçikanın xarici işlər naziri Sofi Vilmesin səhhətində geriləmə baş verib.

“İnterfax” agentliyi xəbər verir ki, koronavirus infeksiyasına yoluxan S.Vilmes xəstəxananın intensiv terapiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, S.Vilmesin COVID-19-a yoluxması barədə oktyabrın 12-də məlumat yayılıb.