Putin: “Postsovet ölkələrinin işinə qarışmayın”

00:35 23-10-2020 21

“Postsovet məkanı ölkələrindəki dövlətçilik cücərtilərinə xüsusi diqqətlə yanaşmaq, məsləhət və tövsiyələrlə qarışmamaq, müxtəlif tərəfləri dəstəkləmək üçün təkliflər və milyonlarla “çini qablar dükanındakı fil kimi” soxulmamaq lazımdır”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” müzakirə klubunun iclasında çıxışı zamanı bildirib.

“Bütün postsovet ölkələrimizə xüsusi diqqətlə yanaşmaq və bu dövlətçilik cücərtilərini çox ehtiyatla dəstəkləmək, heç bir halda kənardan hər hansı bir məsləhət və tövsiyə ilə müdaxilə etməmək, hər hansı bir müdaxilədən qaçmaq lazımdır. Çünki bu həmin ölkələrdə kövrək, yenicə yaranan institutları, suverenliyi və dövlətçiliyi məhv edir. Bu insanlara həmin münasibətləri cəmiyyət daxilində diqqətlə qurmaq imkanı vermək lazımdır”, - deyə V.Putin bildirib.