Putin pandemiyaya baxmayaraq uzun sürən münaqişələri həll etməyə çağırış edib

23:45 22-10-2020 19

“Pandemiyaya baxmayaraq, uzun sürən münaqişələrin həlli üçün sistemli tədbirlər görmək lazımdır”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” müzakirə klubunun iclasında çıxışı zamanı bildirib.

"Düşünürəm ki, pandemiya ilə mübarizə zərurəti beynəlxalq ictimaiyyəti birləşdirsə də, uzun müddətdir davam edən problemləri həll etmək üçün hələ də sistemli tədbirlər görməliyik. Bu, Yaxın Şərqə də, Suriya böhranına da, Liviyadakı böhrana da aiddir”, - deyə V.Putin bildirib.