“Nar” Gəncə sakinlərini ödənişsiz danışıq dəqiqələri və SMS-lə

təmin etdi

18:12 20-10-2020 109

 

“Nar” Gəncədə yaşayan abunəçilərini ödənişsiz danışıq dəqiqələri ilə təmin edib.
Doğmaları ilə rahatlıqla ünsiyyət qura bilmələri üçün Gəncədə yaşayan bütün “Nar”
abunəçilərinin balansına mobil operator tərəfindən 100 ölkədaxili dəqiqə və 100 SMS
yüklənilib.
Qeyd edək ki, mobil operator bundan öncə də cəbhəyanı ərazilərdə olan istifadəçilərinə
dəstək olmaq və onların ruh yüksəkliyinə töhfə vermək məqsədilə, Milli Müstəqillik
Günündə minlərlə “Nar” ödəmə kartlarının və Azərbaycan bayraqlarının paylanılmasını
təşkil edib. Eyni zamanda cəbhəyanı rayonlarda yaşayan abunəçilərin balansına “Nar”
tərəfindən 100 ölkədaxili dəqiqə və 100 SMS yüklənilib.
“Nar” bundan sonra da sosial öhdəliyinə sadiq qalaraq, Azərbaycanın ərazi bütövlüyü
uğrunda davam edən hərbi əməliyyatlar dövründə zərərçəkmiş əhaliyə dəstəyini
davam etdirəcək. Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində haqq
mübarizəmizin qələbə ilə başa çatacağına və işğal altında olan torpaqlarımızın azad
ediləcəyinə əminik. Qələbə bizimdir!