Laçın sakini tapdığı odlu silahı polisə təhvil verdi

20:30 18-10-2020 20

Laçın sakini tapdığı odlu silahı polisə təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Laçın rayon sakini  Ə.Vəliyev tapdığı “Makarov” markalı tapançanı və içərisində 4 ədəd patron olan patron darağını könüllü olaraq Səbail Rayon Polis İdarəsinə təhvil verib.