Vətən Mübarizəmiz!

17:49 09-10-2020 262

                                                                                                                                                                                                                                                                                                                       Bu gün, VƏTƏN MÜBARİZƏMİZ in elə gunlərini yaşayırıq ki ,bu günlər tariximizə adını şərəflə yazmaq istəyənlərin əsl meydanıdır . Bu meydanda peşəsindən,yaşından asılı olmayaraq bütün insanlar öz tövhələrini verməyə can atır, hamı ordumuza dəstək olmaga çalışır.Bu birlik xalqımızın mərhəmətli,fədakar olmagı ilə yanaşı 30 illik həsrətimizin Zəfərə dogru gedən yolda birgə addımlamagına bənzəyir.Nankor ermənilər öz təxribatlarını davam etdirərək mülki əhalimizin yaşadıqları Agdam ,Füzuli,Tərtər,Goranboy və .s rayonlarımızı güllə boran etsələr də orada yaşayan sakinlərimiz böyük ruh yüksəkliyi ilə yaşamaqlarına davam edirlər.Baxmayaraq ki, bütün hadisələr gözləri önündə baş verir,yaralanırlar,hətta həyatlarını itirirlər.Bu millətimin Vətən yolunda candan keçməsinin şərəfli səhifələrini yaşamaq istəyidir.Bu,böyük inamdır, Ümiddir,Sevgidir!

Qismən səfərbərlik dönəmindəyik.Hər kəs vətənimizin müdafiəsi üçün ayaqdadır.Məhz bu dönəmdə orduya gedən vətəndaşlarımızın qaygıları ilə maraqlanmaq,onları həll etmək,maddi və mənəvi dəstək dövlətimizin əsas amalına çevrilib.Bəzi Təşkilatlar,Şirkətlər,sadə vətəndaşlar da  artıq öz imzalarını ataraq  birlik, bərabərlik loqosu çərçivəsində işlərini davam etdirirlər.Bu birlik, hər bir ölkəyə nümunə ola biləcək birlikdir!

Müharibə sözsüz ki itkisiz olmur.Şəhidlik Zirvəsinə ucalanlarımız,yaralılarımız da var.Ancaq 7 rayonumuzun qaytarılması məhz bu igid ,vətənpərvər övladlarımızın sayəsində olub.Onlar tariximizin bugünkü qəhramanlarıdır,və illər keçsə də tariximizdə qəhrəman olaraq yaşayacaqlar.

Düşmən hər bir vasitə ilə bizim donüş əzmimizi qırmaga,yalan ,çaşdırıcı informasiyalar verməyə can atır.Bu onların məkirli ,çirkin niyyəti olmaqla yanaşı psixoloju durumun zəifləməsinə, ruh düşkünlüyünə hüsablanmış hiylələridir.Bunun üçün də diqqətli olmalı,yalnız rəsmi məlumatlara əsaslanmalıyıq.  

Ermənilərin vəhşiliyi sayəsində 7 yaşında ikən atıldım bu mübarizəyə.Yurdumuzu yuvamızı tərk etdik.Qışın sazagı  5 uşaqlı anamla 1988 ci il noyabr ayı ...Bu illər mənim uşaq ikən böyuduyum,çətinliyin,həsrətin.nisgilin  ,haqqın ədalətin qalib gələcəyi günə qurdugum xəyallarımın başlangıcı idi. Heç bir uşagın yaşamaq istəmədiyi illər...Artıq xəyallarım gerçəkləşib.ALİ Baş  Komandan cənab İlham Əliyevin  vaxtında verdiyi  məlum qərarla hər birimiz böyük qürur içərisindəyik.Vətənimiz al bayraqlarımıza bürünüb.Yurdum Zəfərini Qarşılamaga tam hazırdır cənab Ali Baş Komandan!Bütöv Azərbaycan naminə İrəli!  

 

 

                                                               ELNARƏ ABBASOVA