UEFA azarkeşlərin tribunaları doldurmağına icazə verdi

03:35 02-10-2020 25

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) azarkeşlərin Çempionlar Liqası, Avropa Liqası və milli komandaların oyununda iştirakına icazə verib.

UEFA-nın rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunur ki, azarkeşlər tribunaların ümumi tutumunun 30 faizinə qədərini doldura bilər.

Bundan əlavə oyunun keçirilməsi üçün yerli icra hakimiyyəti qurumlarının icazəsini almaq mütləqdir.

Avropa futbol qurumunun prezidenti Aleksander Çeferin bildirib ki, koronavirus hamının “ortaq düşməni” olmasına baxmayaraq, ölkələrin pandemiyaya yanaşması fərqlidir.